DataLife Engine / Xankəndi şəhərində "Qarabağ Mənzərələri" adlı etüd-sərgi baş tutdu

Xankəndi şəhərində "Qarabağ Mənzərələri" adlı etüd-sərgi baş tutdu

31 May tarixində YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə  həsr olunmuş sərgi keçirilmişdir. 
Layihə rəhbəri Aygün Əzizovanın olduğu "Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində "Qarabağ Mənzərələri" adlı etüd-sərgi Xankəndi şəhərində baş tutdu. 
İştirakçıları ilk olaraq  Ağdam Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov qarşılayıb uğurlar arzuladı. 
FA ART Studionun rəhbəri Fatma Əliyevanın tələbələri ilə müxtəlif əl işlərindən ibarət satış sərgisi Xankəndi Böyük Turan restoranında təşkil olundu. Sərgidə fəxri qonaq qismində rəssam müəllim  Vüsalə Bəkirova, Diana İsmayılova, Rəhimə Əsədullayeva,  Aygün Kamilqızı  iştirak edirdilər.    Sərgini giriş sözü ilə Beynəlxalq  Qalereyanın direktoru Elnurə İsgəndərova açaraq qeyd etdi ki; "Vətənpərvərlik etüdlərinin rəssamlar üçün önəmindən, gənc nəslin vətənpərvərlik ruhunda, azərbaycançılıq ideologiyasında tərbiyə olunması məqsədi" daşıdığını bildirdi.Daha sonra 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik etdi. 
FA ART Studionun rəhbəri Fatma Əliyevayanın tələbələrinin əl işlərindən ibarət satış sərgisinin Xankəndi şəhərində təşkil olunması yeniyetmə və gənclərin şəhərdən kəndə marağının artırılması, pis vərdişlərdən uzaq olub asudə vaxtlarında əl işləri ilə məşğul olmaları, erkən yaşlarından  dünya görüşlərinin inkişaf etdirilməsinə xidmət etdiyini bildirdi. 
FA ART Studionun rəhbəri Fatma Əliyeva çıxışında satış sərgisinə tələbələri ilə 5 aydır hazırlaşdıqlarını  bildirdi.  FA ART Studio tərəfindən uşaqlara 1 iyun Uşaqlar Günü üçün hədiyyələr təqdim olundu. Tədbir iştirakçıları milli musiqi  abu-havasında rəqs edib, Xankəndi mətbəxinin təamlarından daddılar. 
Sonda iştirakçılara sertfikatlar təqdim olunub xatirə fotoları çəkildi. 
Etüd iştirakçıları Xankəndi  gəzintisi zamanı Qarabağ Universitetini , Xankəndi Zəfər Parkını və s. ziyarət etdilər.








Müxbir: Aygün Oqtay 
Operator: Camal
Dünən, 21:55
Вернуться назад