DataLife Engine / Ərkivanda növbəti küçə asfaltlanıb

Ərkivanda növbəti küçə asfaltlanıb

Ərkivan qəsəbəsinin Zeynoba küçəsində yaşayan bir qrup sakin yaşadıqları küçənin asfaltlaşdırılması ilə bağlı Ərkivan qəsəbə Ərazi Nümayəndəliyinə müraciət ediblər.

Fakt.info
xəbər verir ki, müraciətlə əlaqədar Ərazi Nümayəndəliyi və Ərkivan Bələdiyyəsi tərəfindən vətəndaşlarla görüş keçirilərək mövcud vəziyyət müzakirə olunub. Görüş zamanı sakinlər uzun illərdən qalan yerli vergi borclarını ödəyiblər.

Bundan sonra Ərkivan Bələdiyyəsi tərəfindən Zeynoba küçəsində ümumi sahəsi 1280 kvadratmetr (320 metr uzunluq, 4 metr en) olan hissəyə asfalt örtüyü çəkilib.

Həyata keçirilən işlər küçədə nəqliyyatın və piyadaların hərəkətinin rahatlaşmasına, eləcə də yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Sakinlər göstərilən diqqət və görülən işlərə görə təşəkkürlərini bildiriblər.





Bu gün, 16:54
Вернуться назад