2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan Akademik Həsən Əliyev küçəsindən "Koroğlu" metro stansiyasına qədər uzanacaq avtomobil yolunda son dövrlərdə tikinti prosesinin zəiflədiyi müşahidə edilir.
Fakt.info Milli.Az-a istinadən xəbər verir ki, layihənin icrasına 2025-ci ildə start verilib və bu çərçivədə yolun keçəcəyi ərazidə yerləşən bir sıra tikililər, o cümlədən Keşlə bazarı sökülüb. Bununla belə, son aylarda ərazidə tikinti texnikasının və işçilərin görünməməsi işlərin dayandırıldığı ilə bağlı suallar yaradıb.
Tikintidə iştirak edən şirkətlərdən birinin nümayəndəsi bildirib ki, onların məsul olduğu hissədə işlər fasiləsiz davam edir. O qeyd edib ki, hazırda fəaliyyət görünməyən sahələrdə işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında aparılır.
Məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, layihə üzrə işlər mərhələlərlə həyata keçirilir. Onun sözlərinə görə, hazırda əsas işlər Rövşən Əliyev və Ələsgər Qayıbov küçələrindən Fətəli xan Xoyski küçəsi istiqamətində aparılır və digər hissələrdə də işlərin təsdiqlənmiş qrafikə uyğun davam etdirilməsi nəzərdə tutulur. Bu yanaşma nəqliyyatın hərəkətinin təmin olunmasına və sürücülər üçün yarana biləcək çətinliklərin minimuma endirilməsinə hesablanıb.
Məlumata görə, yeni magistral yolun uzunluğu təxminən 3,9 kilometr olacaq. Yol 6 hərəkət zolağından ibarət nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin 4 tunel və 3 yeraltı piyada keçidinin inşası planlaşdırılıb.