DataLife Engine / “Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert

“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert

"Ermənistanda seçkinin nəticəsi Paşinyanın taleyindən daha çox Ermənstanın gələcək istiqaməti və regionun yeni mərhələdə necə formalaşacağı ilə bağlı bir siqnaldır”

Bunu AZXEBER.COM-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, region üçün ən strateji məsələ təhlükəsizlikdən iqtisadi rəqabət mərhələsinə keçiddir:

"Region üçün ən strateji məsələ təhlükəsizlikdən iqtisadi rəqabət mərhələsinə keçiddir. Əgər İrəvan sülh sazişi, sərhəd delimitasiyası və kommunikasiya xətlərinin açılması istiqamətində praktiki addımları sürətləndirsə, regionun iqtisadi xəritəsi dəyişə bilər. Burada əsas qazanan tərəf tranzit potensialı yüksək olan ölkələr olacaq. Azərbaycan artıq Orta Dəhlizin əsas mərkəzlərindən birinə çevrilir. 2025-ci ildə Orta Dəhliz üzrə yük daşımaları əvvəlki illərlə müqayisədə kəskin artım göstərib. Zəngəzur istiqamtində real irəliləyiş yaranarsa Türkiyə, Mərkəzi Asiya və Çin arasında daşımaların maya dəyəri və vaxtı azalacaq. Bu proses Azərbaycan üçün logistika gəlirləri, sənaye investisiyaları və regional təsir baxımından yeni üstünlüklər yarada bilər”.

O qeyd edib ki, Paşinyanın qələbəsi Rusiyanın regiondakı əvvəlki təsir modelinin zəiflədiyini də göstərir:

"Paşinyanın qələbəsi Rusiyanın regiondakı əvvəlki təsir modelinin zəiflədiyini də göstərir. Bu vəziyyət Qərb kapitalı, Avropa maliyyə institutları və yeni enerji marşrutları üçün əlavə imkan formalaşdırır. Bu prosesin davamlı olması üçün isə Ermənistan Azərbaycanla sülh gündəliyi və üzərinə götürdüyü öhdəliklər istiqamətində real nəticələr göstərməlidir, əks halda nə Qərb, nə də Rusiya İrəvanın uzunmüddətli iqtisadi və siyasi risklərini balanslaşdıra bilməyəcək”.

İqtisadçı bildirib ki, Moskvanın Ermənistan üzərində iqtisadi təsir alətləri qalacaq:

"Buna baxmayaraq Moskvanın Ermənistan üzərində iqtisadi təsir alətləri qalacaq. Ermənistan iqtisadiyyatının mühüm hissəsi Rusiya bazarı, enerji sistemi və pul köçürmələri ilə bağlı qalmağa davam edə bilər. Ölkənin təbii qaz təminatında əsas payın Rusiyaya məxsus olması yaxın illərdə ciddi şəkildə dəyişməyə bilər. Bank sektoru, telekommunikasiya, dəmir yolu və enerji infrastrukturu daxilində Rusiya kapitallı strukturların mövqeyi böyük eht imalla güclü qalacaq. Digər vacib məqam Ermənistan ixracının böyük hissəsinin Rusiya bazarına yönəlmiş vəziyyətdə qalmasıdır. Son illərdə Ermənistanın ixrac artımında Rusiyaya paralel idxal və təkrar ixrac əməliyyatlarının xüsusi rolu olub və bu tendensiya müəyyən müddət davam edə bilər. Moskva istənilən mərhələdə gömrük, logistika və maliyyə kanalları üzərindən iqtisadi təzyiq imkanını saxlayacaq”.
Dünən, 11:40
Вернуться назад