İran Xarici İşlər Nazirliyi ABŞ-nin son hücumlarının Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini və beynəlxalq hüququn əsas prinsiplərini pozduğunu bəyan edib.
Fakt.info İran mətbuatına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada ABŞ-nin son hücumlarının dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə zidd olduğu bildirilib.
Açıqlamada qeyd olunub ki, sözügedən hücumlar 8 aprel tarixində elan edilmiş atəşkəsi faktiki olaraq mənasız və işlək olmayan vəziyyətə gətirib.
İran tərəfi bəzi region ölkələrinin ərazilərinin bu hücumlar üçün istifadə edilməyə davam etdiyini iddia edərək, hücumların mənbəyinə qarşı qanuni özünümüdafiə hüququndan istifadə edəcəyini və ölkəyə yönələn təhdidləri zərərsizləşdirməkdə qərarlı olduğunu vurğulayıb.
Bununla yanaşı, İran BMT Təhlükəsizlik Şurasını və BMT Baş katibini beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı məsuliyyətlərini yerinə yetirməyə çağırıb.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Prezidenti Donald Trampın göstərişi ilə gecə saatlarında İranda bir sıra hədəflərə qarşı əməliyyatlara başladığını açıqlamışdı. İran İnqilab Keşikçiləri Ordusu isə buna cavab olaraq Küveyt, Bəhreyn və İordaniyadakı bəzi ABŞ nöqtələrinin hədəfə alındığını bildirmişdi.