DataLife Engine / Yeniyetmə itlərin hücumuna məruz qaldı

Yeniyetmə itlərin hücumuna məruz qaldı

Abşeron rayonunun Saray qəsəbəsində 14 yaşlı yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb.
Fakt.info xəbər verir ki, bu barədə "Report"a uşağın atası Amid Turabov məlumat verib.
O bildirib ki, oğlu Mübariz Turabov həyətdə velosiped sürərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə ağır vəziyyətdə
Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.
Hazırda onun müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Dünən, 23:25
Вернуться назад