Fastfud məhsullarının tərkibindəki gizli şəkərlər sağlamlıq üçün ciddi risk yarada bilər.
Mütəxəssislər fastfud qidalarının yalnız yüksək yağ və kalori tərkibi ilə deyil, həm də əlavə şəkərlərlə təhlükə yaratdığına diqqət çəkirlər.
Bildirilir ki, burger sousları, ketçup, mayonez, qazlı içkilər və hətta bəzi kartof qızartmalarında əlavə şəkər mövcuddur. Bu isə qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə, qısa müddət sonra isə yenidən aclıq hissinin yaranmasına səbəb olur.
Mütəxəssislər fastfud məhsullarında şəkər qəbulunu azaltmaq üçün souslardan az istifadə etməyi, qazlı içkiləri su ilə əvəz etməyi, fastfud istehlakını məhdudlaşdırmağı və ev şəraitində hazırlanmış sağlam qidalara üstünlük verməyi tövsiyə edirlər.
Qeyd olunur ki, fastfudun zərərləri yalnız yüksək yağ tərkibi ilə məhdudlaşmır. Tərkibindəki əlavə şəkərlər də uzunmüddətli perspektivdə sağlamlıq problemlərinin yaranma riskini artıra bilər
///Yeni Sabah