DataLife Engine / Halı pisləşən uşaq niyə müayinə edilməyib? - Həkimlərə ciddi xəbərdarlıq - Video

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - Həkimlərə ciddi xəbərdarlıq - Video

Ağcaqanad dişləməsindən sonra səhhətində problem yaranan və buna görə Kliniki Tibbi Mərkəzə aparılan azyaşlının müayinəsi zamanı qalmaqal yaranıb.
Fakt.info xəbər verir ki, bu barədə görüntüləri uşağın valideyni sosial şəbəkələrdə paylaşıb.
Onun sözlərinə görə, uşağın vəziyyətində halsızlıq və hərarət müşahidə olunsa da, həkimlər arasında fikir ayrılığı və mübahisə yaşanıb.
İddia edilir ki, azyaşlıya lazımi tibbi yardım göstərilməyib və o, ətraflı müayinə olunmadan evə göndərilib.
Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 6 iyun 2026-cı il tarixində saat 00:20-də 2016 və 2021-ci il təvəllüdlü iki azyaşlı ilə bağlı Təcili tibbi yardım şöbəsinə müraciət qeydə alınıb.
Həkim tərəfindən aparılan müayinə zamanı pasiyentlərin toksikoloq tərəfindən konsultasiya edilməsi tövsiyə olunub. Konsultasiya zamanı həkim-cərrah və həkim-toksikoloq arasında xidməti fəaliyyətlə bağlı anlaşılmazlıq yaranıb və mühafizə xidməti yüksək səslə danışıq səbəbindən müdaxilə edib.

Yaranmış vəziyyət tibb müəssisəsinin rəhbərliyi tərəfindən araşdırılıb və hər iki həkimə ciddi xəbərdarlıq edilib.

Ətraflı "Baku TV”nin süjetində:
Dünən, 22:37
Вернуться назад