DataLife Engine / Məmmədli kəndində yolların yararsız vəziyyətindən ŞİKAYƏT - VİDEO

Məmmədli kəndində yolların yararsız vəziyyətindən ŞİKAYƏT - VİDEO

Bir neçə müddət əvvəl təmir edilən yolun asvalt qatı yenidən dağılıb... Nə piyadalar hərəkət edə bilir, nə də avtomobillər…Yaranan iri çalalar yolu keçilməz edib... Hər gün bu bu yoldan istifadə edən sürücülər çətinliklə üzləşirlər...
Fakt.info Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Abşeron rayonu Məmmədli kəndinin əsas yolu hesab edilən Heydər Əliyev prospektindən gedir.
Sakinlər bildirirlər ki, xüsusilə son bir neçə aydır yolun vəziyyəti daha da pisləşib. İri tonnajlı avtomobillərin hərəkəti asvalt qatını dağıdıb, qrunt suları yola yığıldığından mövcud iri çalaları da görmək mümkün deyil.
Sürücülər isə bildirirlər ki, ətraf ərazilərə kəndin əsas yolundan başqa alternativ yol olmadığı üçün məcbur qalıb bu yoldan istifadə edirlər. Nəticədə onların avtomobillərinə ciddi ziyan dəyir.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər”ə bildirildi ki, mart-may aylarında hava şəraitinin həddindən artıq yağmurlu keçməsi, normadan dəfələrlə artıq yağış sularının intensiv şəkildə yağması nəticəsində yolun üst qatı sıradan çıxıb. Məsələ ilə əlaqədar yolun balans saxlayıcısına aidiyyatı üzrə müraciət olunub. Aidiyyatı qurum tərəfindən həmin hissədə su kəmərlərindəki təmir işləri həyata keçirildikdən sonra asfalt örtüyü yeniləcək.
Dünən, 06:26
Вернуться назад