Nəhəng elmi araşdırma nəticəsində infarkt, insult və ürək çatışmazlığı hallarının demək olar ki, hamısına səbəb olan dörd əsas amil müəyyən edilib. ABŞ və Cənubi Koreyada 9 milyondan çox yetkin şəxsin iştirakı ilə aparılan tədqiqat sübut edib ki, ürək tutmalarının 99 faizinə məhz aşağıdakı faktorlar yol açır.
Araşdırmanın nəticələri nüfuzlu "Journal of the American College of Cardiology" (JACC) elmi jurnalında dərc olunub.
Həmin dörd təhlükəli amil yüksək qan təzyiqi (hipertoniya), yüksək xolesterin, qanda şəkərin çox olması və siqaret çəkməkdir. Hətta risk qrupuna daxil olmayan 60 yaşdan aşağı qadınlarda belə ürək xəstəliklərinin yaranmasında bu faktorların payı 95 faizdən çox olub.
Xəstəliklər arasında ən geniş yayılanı isə yüksək qan təzyiqi olub. Ürək tutması keçirən xəstələrin 93 faizindən çoxunun hipertoniyadan əziyyət çəkdiyi üzə çıxıb.
Kardioloq Filip Qrinland bildirir ki, bu araşdırma ürək tutmalarının demək olar, 100 faizinin məhz bu səbəblərdən qaynaqlandığını göstərir. Alimlərin fikrincə, naməlum səbəblər axtarmaqdansa, qarşısı alına bilən bu dörd amillə mübarizə aparmaq lazımdır.
/demokrat.az