DataLife Engine / 1700 turistin olduğu hoteldə yanğın - 1 nəfər öldü

1700 turistin olduğu hoteldə yanğın - 1 nəfər öldü

Dominikan Respublikasında yerləşən hoteldə güclü yanğın baş verib.
Fakt.info "Reuters”ə istinadən xəbər verir ki, yanğın nəticəsində bir qadın həlak olub, daha üç nəfər xəstəxanaya yerləşdirilib. 
Hadisə məşhur kurort rayonu Bayahibedə yerləşən "Viva Wyndham Dominicus Beach” hotelində baş verib. Hoteldə olan təxminən 1700 turist təxliyə edilib. Ölən şəxs isə İtaliya vətəndaşıdır. Digər zərərçəkənlər arasında hotelin qonaqları, ziyarətçilər və təcili xidmət əməkdaşları olub.
İlkin məlumatlara görə, alovun sürətlə yayılmasına palma materiallarından hazırlanmış damın tez alışan elementləri, həmçinin güclü külək səbəb olub. Yanğınsöndürənlər alovun qarşısını ala biliblər. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, Karib hövzəsinin ən populyar turizm istiqaməti olan Dominikan Respublikasını bu ilin ilk beş ayı ərzində təxminən 5,6 milyon turist ziyarət edib.
Dünən, 12:21
Вернуться назад