DataLife Engine / Mingəçevirdə 35 yaşlı kişini döyüb öldürdülər - FOTO

Mingəçevirdə 35 yaşlı kişini döyüb öldürdülər - FOTO

İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub.
51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.
R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Qeyd edək ki, T.Bəhrəmli Vətən müharibəsi iştirakçısıdır. O, Mingəçevirdə məktəblərdən birində gözətçi işləyirmiş./qafqazinfo.az/

Bu gün, 11:44
Вернуться назад