DataLife Engine / Masallı Taekvondoçuları Respublika Olimpiadasında uğur qazandılar

Masallı Taekvondoçuları Respublika Olimpiadasında uğur qazandılar

Ölkəmizdə ilk dəfə təşkil olunan Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində Masallı Regional Taekvondo Mərkəzinin idmançıları uğurlu çıxış edərək 1 qızıl və 3 bürünc medal qazanıblar.

Fakt.info xəbər verir ki, yarışda mərkəzin idmançıları aşağıdakı nəticələri əldə ediblər:
Hüseynova Zəhra (37 kq) — qızıl medal
Zeynalov İsmayıl (33 kq) — bürünc medal
Əliyeva Sara (41 kq) — bürünc medal
Heydərli Pünhan (45 kq) — bürünc medal
İdmançıların məşqçisi Sadiq Ağayevdir.

Qeyd edək ki, ilk dəfə keçirilən olimpiada məktəblilər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və gənc istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Masallı Regional Taekvondo Mərkəzinin əldə etdiyi nəticələr isə region idmanının uğurlarından biri kimi qiymətləndirilir.




Bu gün, 16:23
Вернуться назад