DataLife Engine / Misir Mədəniyyət Mərkəzində "Mədəniyyətlərin səsi" adlı sərgi təşkil olundu

Misir Mədəniyyət Mərkəzində "Mədəniyyətlərin səsi" adlı sərgi təşkil olundu

22 İyun tarixində Misir Mədəniyyət Mərkəzi və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə layihə rəhbəri Aygün Əzizovanın olduğu "Mədəniyyətlərin səsi" adlı  sərgi  Misir Mədəniyyət Mərkəzində təşkil olundu.
Fakt.info xəbər verir ki, sərgidə ARTFLOW Tədris Mərkəzinin rəhbəri Günay Məmmədova, Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşçu rəssamı, FA ART Tədris Mərkəzinin rəhbəri Fatma Əliyeva, "ARTSTUDY" Tədris Mərkəzinin müəllimi Asya Məmmədova, Rəssam, pedaqoq Səadət Şahbazova, Mir Talantov Tədris Mərkəzinin, 
Panda School və Gold School Tədris Mərkəzlərinin rəhbəri Jalə Abdullayeva, 
Sabah Kurslarının, Panda School və Gold School  Tədris Mərkəzlərinin müəllimi Gülşən Mirzəyeva, 5 nömrəli məktəbin müəllimi Nigar Əzimova tələbələri ilə iştirak edirdilər. 
Sərgidə  müxtəlif yaş qruplarında 80 həvəskar rəssam öz əsərləri ilə iştirak edirdilər.
Sərgini giriş sözü ilə açan Misir Mədəniyyət Mərkəzinin rəhbəri prof. Dr. Tarek Aboul Fotouh  bu cür sərgilərin iki ölkə arasında mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə geniş tövhə verdiyini qeyd etdi. 
Sözü Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya verdi. Elnurə xanım iştirakçıları salamlayaraq sərginin önəmindən bəhs etdi.  Nümayiş olunan əsərlərin hər iki ölkənin tarixini, mədəniyyətini, bu gününü çox gözəl əks etdirdiyini bildirdi. 
Sərgidə fəxri qonaq olaraq  media nümayəndələri Xanoğlan Əhmədov, Yeganə Telmanqızı, Samirə Səfərova,  Azərsuvenerin əməkdaşları Qətibə Cəfərova, Fuad Quliyev,  
Fidan Sahibcanova iştirak edirdilər. 
Qonaqlara ləziz Misir  şirniyyatları təqdim olundu.
Sonda iştirakçılara serfikatlar təqdim olunub xatirə fotoları çəkildi.









Müxbir: Aygün Oqtay 
Fotoqraf: Camal
Dünən, 23:14
Вернуться назад