23 İyun 2026-cı il tarixində 333 nömrəli məktəbin 9c sinif şagirdi Günal Məcidsoy və şəhid kapitan Tural Zeynalov adını daşıyan 8a sinif şagirdi Talıblı Vüsalın əsərlərindən ibarət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Uğurlu Gələcək" adlı fərdi yaradıcılıq sərgisi təşkil olundu.
Sərgidə fəxri qonaq olaraq Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, ADRA-nın müəllimi Zinaida Mirzəzadə, AEİZM Brendinin rəhbəri Aygün Kamilqızı iştirak edirdilər .
333 saylı məktəbin direktoru Rəqsanə Haqverdiyeva və müəllim kollektivi qonaqları yüksək səviyyədə qarşılayıb sərginin gənclərin həyatında əhəmiyyətindən danışdı.
Rəqsanə Haqverdiyevanın nitqi:
Hörmətli valideynlər, əziz müəllimlər və dəyərli qonaqlar!
Bu gün məktəbimizin şagirdlərinin yaradıcılıq sərgisində bir araya gəlmişik. Bu sərgi sadəcə rəsm əsərlərinin nümayişi deyil, həm də gənc istedadların öz dünyalarını, duyğularını və düşüncələrini bizlərlə bölüşməsi üçün bir meydandır.
Məktəb rəhbərliyi adından bütün şagirdlərimizi ürəkdən təbrik edir, onların yaradıcılıq yolunda daha böyük uğurlar qazanmasını arzulayıram. Əminəm ki, bu sərgi onların həyatında yeni bir başlanğıc olacaq və gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlar.
Rəqsanə xanım sözü Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya verdi. Elnurə xanım çıxışında 333 nömrəli məktəbin şagirdlərinin uğurlu addımlarında məktəbin direktoru Rəqsanə Haqverdiyeva, direktor müavini Mətanət Hüseynova, 8a sinfinin rəhbəri Günay Ağayeva
və digər müəllim kollektivinin komanda şəklində uğurlu fəaliyyətinin nəticəsi olduğunu və bugünkü sərginin də bunun bariz nümunəsi olduğunu bildirdi. Günal Məscidsoyun və Vüsal Talıblının əsərlərində Ümumilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə portretləri, vətənpərvərlik ruhunda müxtəlif janrlarda əsərləri təqdirə layiq olduğunu bildirib sərgilərinin davamlı olmasını arzuladı.
Bu gün burada gördüyümüz əsərlər bizə göstərir ki, gələcəyin rəssamları, dizaynerləri və yaradıcı insanları yetişir. Onların hər bir fırça vuruşunda ümid, hər bir rəngində isə gələcəyə inam var.
Sərgidə iştirak edən Günal Məcidsoyun valideynləri – atası, Qarabağ qazisi Kərəm Məcidov və anası Sevinc Məcidova, eləcə də Talıblı Vüsalın valideynləri – atası Adil Talıbov və anası Pərvin Talıbova bu gün övladlarının uğurlarına şahidlik edərək qürur hissi keçirdilər. Bu qürur təkcə onların deyil, bütün xalqımızın qürurudur. Çünki gənclərimizin sənətə olan marağı, yaradıcılıq bacarığı və milli dəyərlərə bağlılığı gələcəyimizin parlaq göstəricisidir.
Sonda gənc rəssamların şərəfinə tort kəsilib çay süfrəsi təşkil olundu.
Hər iki gənc rəssama diplom təqdim olunub
Xatirə fotoları çəkildi.







Müxbir: Aygün Oqtay