Son günlər yumurta bazarında müşahidə olunan qiymət enişi geniş ajiotaj yaradıb. Bir neçə ay əvvəl bahalaşma ilə gündəmə gələn məhsul hazırda əks tendensiya nümayiş etdirir. Bazarda yaranan vəziyyət yumurta qiymətlərinin yay aylarında necə dəyişəcəyi ilə bağlı sualları da artırıb.
Fakt.info mövzu ilə bağlı "Kaspi” qəzetinin məqaləsini təqdim edir:
Ekspertlər hesab edirlər ki, yaxın aylarda yumurta bazarında vəziyyət həm daxili istehsal göstəricilərindən, həm də istehsal xərclərinin dinamikasından asılı olacaq. Mütəxəssislərin fikrincə, yay mövsümündə yumurtaya olan tələbatın nisbətən azalması qiymətlərin sabit qalmasına və ya müəyyən qədər ucuzlaşmaya şərait yarada bilər.
Bazar iştirakçıları bildirirlər ki, qiymətlərin uzun müddət aşağı səviyyədə qalması istehsalçılar üçün müəyyən çətinliklər yarada bilər. Yem, enerji və logistika xərclərinin yüksək olduğu şəraitdə satış qiymətlərinin həddindən artıq enməsi rentabelliyi azalda bilər. Bu səbəbdən istehsalçıların bir hissəsi mövcud qiymətləri qənaətbəxş hesab etmir.
Kəskin ucuzlaşma qiymət artımına təkan verə bilər
İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, yumurta bazarında müşahidə olunan qiymət enişinin əsas səbəbi tələbatın azalması deyil, təklifin tələbi üstələməsidir: "Burada əsas amil bazarda məhsul bolluğunun yaranmasıdır. Yəni, qiymətlərin aşağı düşməsini birbaşa istehlak tələbinin zəifləməsi ilə əlaqələndirmək düzgün olmazdı. Hazırda bazarda təklif kifayət qədər çoxdur və bu da qiymətlərə aşağı istiqamətdə təzyiq göstərir. Eyni zamanda, havaların isti keçməsi yumurtanın saxlanılması və realizasiyası ilə bağlı riskləri artırır. Belə vəziyyətdə istehsalçılar və satıcılar məhsulun xarab olmasının qarşısını almaq üçün onu daha aşağı qiymətə satmağa üstünlük verirlər. Bu isə qısa müddətdə istehlakçılar üçün əlverişli görünsə də, istehsalçılar baxımından arzuolunan deyil. Çünki məhsulun maya dəyərindən və ya rentabellik səviyyəsindən aşağı qiymətə satılması sahibkarların maliyyə itkiləri ilə üzləşməsinə səbəb olur”.