Xəbər verdiyimiz kimi, "tiktok"er İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hökmə əsasən, Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib.
Məlumata görə, 34 yaşlı Arzum uşaq yaşlarında Almaniyaya köçüb və 25 il orada yaşayıb. O 18 yaşı olanda Denis adlı Almaniya vətəndaşı ilə ailə qurub. Blogerin 4 övladı var və onlar da hazırda Almaniyada yaşayır.
Arzum son illər "Tiktok" sosial şəbəkəsində məşhurlaşıb. O açdığı canlı yayımlarda sosial və şəxsi həyatından danışıb. O həyat yoldaşı Denisi də tez-tez izləyicilərinə göstərib və ona da Azərbaycan dilini öyrədib. Denislə Arzumun canlı yayımları qısa zamanda böyük populyarlıq qazanıb və cütlük məşhurlaşıb.
Hazırda Arzumun "Tiktok"da 814 minə yaxın izləyicisi var və o Azərbaycan üçün ən çox izləyicisi olan "tiktok"erlərdən hesab edilir.
Arzum ötən ilin iyun ayında istirahət üçün Azərbaycana qayıdıb və idarə etdiyi avtomobillə Mərdəkan qəsəbəsində qəza törədib. Belə ki, gecə yarısı "Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn "Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə "Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Arzum isə qəza baş verdikdən sonra zərərçəkmişləri köməksiz vəziyyətdə buraxaraq hadisə yerindən qaçıb. O, eyni gündə Almaniyaya gedib. Həmin ölkədən heç nə olmamış kimi fəaliyyətinə davam edib, oynaya-oynaya videolar paylaşıb, canlı yayımlar açıb.
Nəticədə məhkəmənin qərarı ilə o 5 il 2 ay həbs edilib.
Məhkəmə bu hökmü çıxararkən törədilmiş cinayətin ağır nəticələrini, habelə zərərçəkmiş tərəflə barışığın əldə olunmamasını yüngülləşdirici halların tətbiqinə mane olan amil kimi qəbul edib.