Bu gün futbol üzrə 2026-cı il dünya çempionatında 1/8 final mərhələsi start götürüb.
QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə Kanada Mərakeşlə üz-üzə gəlib. Matç Mərakeş yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçda Fransa Paraqvayı sınağa çəkib və qalib gəlib.
1/4 finalda Fransa Mərakeşlə qarşılaşacaq.
DÇ-2026, 1/8 final
5 iyul
01:00. Paraqvay - Fransa - 0:1
Qol: Mbappe, 70-pen.
4 iyul
21:00. Kanada - Mərakeş - 0:3
Qollar: Əzzədin Unahi, 50, 82, Sufyan Rahimi, 90+8