Belçika yığmasının hücumçusu Romelu Lukaku futbol üzrə dünya çempionatları tarixində unikal bir rekorda imza atıb.
Fakt.info oxu.az-a istinadən xəbər verir ki, o bu nailiyyəti DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində ABŞ-yə qarşı keçirilən görüşdə (4:1) rəsmiləşdirib.
33 yaşlı forvard 67-ci dəqiqədə meydana daxil olaraq, 90+3-cü dəqiqədə qarşılaşmada son nöqtəni qoyub. Nəticədə, Lukaku dünya birincilikləri tarixində əvəzetmədən oyuna qoşularaq dörd matçda qol vurmağı bacaran ilk futbolçu kimi tarixə düşüb.
Davam edən turnir ərzində Lukaku hər üç qolunu meydana sonradan çıxdığı anlarda rəqib qapılarından keçirib. O, ilk dəfə bu cür fərqlənməyi DÇ-2014-ün 1/8 finalında yenə də ABŞ yığması ilə qarşılaşmada (əlavə vaxtda 2:1) bacarmışdı.