DataLife Engine / QDF “Qarabağın Rəngləri” layihəsində iştirak edən rəssamları mükafatlandırdı

QDF “Qarabağın Rəngləri” layihəsində iştirak edən rəssamları mükafatlandırdı

Səlhab Məmmədov və Fuad Salayev də öz növbələrində çıxış edərək, layihənin əhəmiyyətindən və təqdim olunan əsərlərin bədii dəyərindən söz açıblar.

Çıxışlardan sonra mükafatlandırma mərasiminə start verilib. "Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsi çərçivəsində əsərlərin müəlliflərinə Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikatlar, o cümlədən QDF və PAŞA Kapital İnvestisiya Şirkəti tərəfindən xüsusi təqaüd təqdim olunub.
Sonda layihədə iştirak edən tələbələr çıxış edərək onlara yaradılan bu imkana və yaradıcılıqlarına göstərilən yüksək diqqətə görə Fond rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağın Rəngləri” layihəsi Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə 2024-cü ildə həyata keçirilib. 

Layihə çəçivəsində 23 istedadlı gənc tərəfindən 23 sənət əsəri - 19 rəsm və 4 heykəltəraşlıq nümunəsi hazırlanıb. Həmin əsərlərin satışından əldə olunan 90.200 AZN vəsait Qarabağda aparılan bərpa-quruculuq işlərinə dəstək göstərilməsi məqsədilə Fonda ianə olunub.
Məlumat üçün bildirək ki, "Qarabağın Rəngləri” (2026) layihəsi çərçivəsində ərsəyə gətirilən əsərlər də yaxın günlərdə xeyriyyə hərracına çıxarılacaq və əldə edilən bütün vəsait QDF-ə ianə olunacaq.
Bu gün, 19:47
Вернуться назад