DataLife Engine / Masallıda saxta alkoqollu içkilər aşkarlandı – FOTOLAR

Masallıda saxta alkoqollu içkilər aşkarlandı – FOTOLAR

Masallıda topdansatış anbarında mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb.
Mecra.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, M.C.Talışxanov küçəsində fəaliyyət göstərən, Quliyeva Şəfa Nəcəfqulu qızına məxsus topdansatış anbarında plandankənar yoxlama keçirib.
Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, anbarda “Stoliçnaya”, “Sevryuga” və “Organic Vodka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırma davam etdirilir.

Bu gün, 17:26
Вернуться назад