DataLife Engine / Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar

Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar

Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub.
Fakt.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Qobustan qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes” markalı minik maşını "VAZ 21015” markalı avtomobillə toqquşub. Nəticədə "VAZ”ın sürücüsü Mədət adlı şəxs hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.



Bu gün, 20:57
Вернуться назад