DataLife Engine / Küveyt: İranın hücumunda elektrik və su təsisatları hədəf alındı

Küveyt: İranın hücumunda elektrik və su təsisatları hədəf alındı

Küveyt İranın ölkəyə endirdiyi zərbə nəticəsində elektrik enerjisi istehsalı və su təmizləmə obyektlərindən birinin hədəfə alındığını açıqlayıb.
Fakt.info xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində obyektdə yanğın baş verib, infrastruktur zərər görüb və bir sıra elektrik istehsal qurğuları sıradan çıxıb.

Məlumata görə, yanğınsöndürənlər alovu nəzarətə götürüb. Texniki qruplar isə zədələnmiş qurğuların təmiri və yenidən istifadəyə verilməsi istiqamətində iş aparır.

Küveyt hakimiyyəti elektrik şəbəkəsinin sabitliyinin nəzarətdə saxlanıldığını bildirib və əhalini fövqəladə vəziyyət davam etdiyi müddətdə elektrik enerjisinə qənaət etməyə çağırıb.
Dünən, 15:29
Вернуться назад