DataLife Engine / 6 yaşlı Nihatın müalicəsi üçün dəstəyə ehtiyacı var

6 yaşlı Nihatın müalicəsi üçün dəstəyə ehtiyacı var

Cəmi 6 yaşı olan Orucov Nihat Kənan oğlu autizm spektr pozuntusunun ağır forması – Kanner autizmi diaqnozu ilə mübarizə aparır. Balaca Nihatın müalicəsinin davam etdirilməsi üçün ailənin maddi imkanları kifayət etmir.

Fakt.info xəbər verir ki, Nihatın anası Samirə Orucovanın sözlərinə görə, Qubada yaşayırlar və övladının xəstəliyi ilə əlaqədar bu rayonda dövlət hesabına həkim yoxdur.

Onun sözlərinə görə uşağın inkişafında ilk vaxtlar ciddi problem hiss olunmayıb. Valideynlər onun sadəcə gec danışan uşaqlardan biri olduğunu düşünüblər. Lakin zaman keçdikcə nitq pozuntusu, qorxu halları, davranış fərqləri və qavrama çətinlikləri daha aydın şəkildə özünü göstərib. Həkim müayinələrindən sonra Nihatın Kanner autizmi diaqnozu aldığı məlum olub.
Samirə Orucova bildirir ki, övladını təkbaşına böyüdür. İşləməsinə baxmayaraq, aldığı əməkhaqqı ailənin gündəlik ehtiyaclarını və Nihatın müalicə xərclərini qarşılamağa kifayət etmir.
Ananın sözlərinə görə, Nihatın müalicəsi uzunmüddətlidir və bir kursun dəyəri təxminən 300 manat təşkil edir. Uşağa əlillik təyin olunub və ilkin olaraq 205 manat məbləğində müavinət ayrılıb. Lakin bu vəsait müalicənin davamlı aparılması üçün yetərli deyil.

Çarəsiz qalan ana xeyirxah insanlara müraciət edərək övladının müalicəsinə dəstək göstərilməsini xahiş edir. Kiçik də olsa ediləcək hər bir yardım Nihatın müalicəsinin davam etdirilməsinə və inkişafına ümid ola bilər.

Yardım etmək istəyənlər üçün:
Kapital Bank: 5239 1517 3928 6964
Kart sahibi: Orucova Samirə
Əlaqə telefonu: 070 525 62 03
İmkan daxilində yardım göstərmək və ya xəbəri paylaşmaq da Nihatın müalicəsinə dəstək ola bilər.
Bu gün, 14:17
Вернуться назад