İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında Azərbaycanı təmsil edən Azərbaycan İdman Akademiyasının futbol komandası uğurlu çıxışını davam etdirir.
15–25 iyul tarixlərində keçirilən yarışın qrup mərhələsində komandamız Norveç təmsilçisini 4:2 hesabı ilə məğlub edib.
Bu nəticə ilə Azərbaycan İdman Akademiyasının futbol komandası Avropa Universitet Oyunlarının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, komandanın yarışda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunub.