Yollarda piyadaların qəfil və ehtiyatsız şəkildə hərəkət hissəsinə çıxması ilə bağlı yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Bəzi hallarda piyadalar yaxın məsafədən avtomobilin gəldiyini görmələrinə baxmayaraq yolu keçməyə cəhd edir, nəticədə isə qəza baş verir.
Piyada yaxın məsafədən avtomobilin gəldiyini görə-görə qəfil yola çıxarsa, baş verən qəzada sürücü təqsirli sayılırmı?
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, piyada yol hərəkəti qaydalarını pozduğu hər bir halda qanunvericilik qarşısında məsuliyyət daşıyır:
"İlk növbədə qeyd etmək lazımdır ki, piyadalar yalnız onlar üçün nəzərdə tutulmuş yerlərdən yolu keçməlidirlər. Təəssüf ki, Azərbaycanda piyadaların icazə verilməyən yerlərdən yolu keçməsi kimi hallar kifayət qədər geniş yayılıb və bu, ciddi problemlərdən biridir. Hazırda piyadaların yol hərəkəti qaydalarını pozmasına görə tətbiq olunan cərimə 20 manatdır. Bu məbləğin aşağı olması da bəzi insanların qaydaları pozmağa laqeyd yanaşmasına səbəb olur. Halbuki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün qanun pozuntularına görə cərimələrin tətbiqi vacibdir. Lakin piyada ilə avtomobil arasında yol-nəqliyyat hadisəsi baş verdikdə məsələyə hər bir konkret hal üzrə hüquqi qiymət verilməlidir. Təkcə piyadanın qayda pozması sürücünün avtomatik olaraq məsuliyyətdən azad edilməsi demək deyil. Araşdırılmalıdır ki, sürücünün nəqliyyat vasitəsini vaxtında saxlamaq və ya qəzanın qarşısını almaq imkanı olubmu. Məsələn, əgər sürücü müəyyən edilmiş sürət həddini aşaraq hərəkət edibsə və hadisənin qarşısını ala biləcəyi halda bunu etməyibsə, onun da məsuliyyəti yaranır. Belə hallarda piyadanın yol hərəkəti qaydalarını pozması sürücünün məsuliyyətini tam aradan qaldırmır, lakin cəzanın müəyyən edilməsində yüngülləşdirici hal kimi nəzərə alına bilər. Yəni hər iki tərəfin davranışı ayrıca qiymətləndirilməli və hadisənin baş verməsində kimin hansı dərəcədə təqsirli olduğu müəyyən edilməlidir”.
Hüquqşünas sözlərinə görə, təəssüf ki, praktikada Azərbaycanda bu prinsip hər zaman tətbiq olunmur:
"Əksər hallarda piyada ilə avtomobil arasında qəza baş verən kimi sürücü avtomatik şəkildə günahkar hesab edilir. Hüquqi baxımdan isə bu yanaşma düzgün deyil. Belə hadisələrin hər biri bütün sübutlar və şərait nəzərə alınmaqla ayrıca araşdırılmalı, məsuliyyət də məhz bu araşdırmanın nəticələrinə əsasən müəyyən edilməlidir”.