DataLife Engine / İran Fars körfəzi ölkələrinə hücumları dayandırdı

İran Fars körfəzi ölkələrinə hücumları dayandırdı

ABŞ-nin hücumları dayandırmasından sonra İran da Fars körfəzi ölkələrinə endirdiyi zərbələri saxlayıb.
Fakt.info xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib.
Əkrəminiya vurğulayıb ki, İranın hərbi strategiyası sırf cavab xarakteri daşıyır və bu səbəbdən Vaşinqtonun zərbələri dondurması ilə Tehran da əməliyyatları dayandırıb. O, həmçinin ABŞ rəsmilərinin ziddiyyətli bəyanatlarına diqqət çəkərək, Vaşinqtonun nə etmək istədiyinin hətta öz məmurları üçün də qaranlıq qaldığını bildirib.
Məlumata görə, iyulun 26-da Tehran Körfəz ölkələrinə qarşı heç bir hücum həyata keçirməyib. ABŞ ordusu da artıq iki gecədir ki, İran ərazisinə zərbə endirmir.
Xatırladaq ki, bir qədər əvvəl İranla ikihəftəlik toqquşmalar zamanı ABŞ ordusuna 20 milyard dollardan çox ziyan dəydiyi, zərərə ən çox Amerikanın hava hücumundan müdafiə sistemləri və radarlarının məruz qaldığı bildirilmişdi.
Bu gün, 18:23
Вернуться назад