DataLife Engine / Bilgəhdə dənizdə batan 20 yaşlı gəncin meyiti tapıldı

Bilgəhdə dənizdə batan 20 yaşlı gəncin meyiti tapıldı

Bilgəh qəsəbəsində dənizdə bir nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Fakt.info xəbər verir ki, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən 1 kilometr aralıda, nəzarətsiz ərazidə baş verib.
Məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Aparılan axtarışlar nəticəsində 2005-ci il təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Dünən, 21:55
Вернуться назад