DataLife Engine / Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı

Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı

"Rospotrebnadzor"un göstərişi əsasında "Çestnı znak" (Dürüst nişan) dövlət markalama sistemi Ermənistandan idxal edilən 70 mindən çox şüşə qablaşdırmada olan qazlı içkilərin və içməli suların satışını dayandırıb.

Bu barədə məlumatı qeyd olunan sistemin operatoru olan Perspektiv Texnologiyaların İnkişafı Mərkəzi yayıb.

Qurumun məlumatında bildirilir ki, Rusiya vətəndaşlarının sağlamlığına və həyatına ehtimal olunan zərərin qarşısının alınması məqsədilə, "Rospotrebnadzor"un tapşırığı ilə sistem operatoru tərəfindən 70 mindən artıq qazlı içki və suyun satışı dayandırılıb. Buna səbəb kimi istehsalçı şirkətlərin məhsullarla bağlı məcburi tələbləri pozması göstərilib.

Tətbiq edilən məhdudiyyətlər Ermənistanın "RRR mineral sular zavodu" QSC tərəfindən istehsal olunan "BJNI" müalicəvi-süfrə mineral sularının, "WATERLOK" MMC-nin istehsalı olan "Prosto Azbuka" təbii (o cümlədən uşaqlar üçün) içməli suyunun, həmçinin "Arsen ev Nerses" MMC-nin DARBAS ticarət markasına məxsus "Moxito" alkoqolsuz qazlı içkisinin müəyyən partiyalarına şamil edilib.

Mərkəzdən o da vurğulanıb ki, sözügedən bloklanma yalnız konkret tarixlərdə buraxılmış məhsul partiyalarına aiddir və digər mallara təsir etmir.
Dünən, 20:09
Вернуться назад