DataLife Engine / Hikmət Hacıyev: "Mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib

Hikmət Hacıyev: "Mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib

"Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, "Türkiye Gazetesi"nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib".

Fakt.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.

H.Hacıyev bildirib ki, həmin məqalədə ona istinadən verilən bir sıra ifadələr düzgün deyil:

"Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür".




Bu gün, 20:15
Вернуться назад