DataLife Engine / Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Son 14 ilin ən aşağı göstəricisi qeydə alındı

Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Son 14 ilin ən aşağı göstəricisi qeydə alındı

Avropada təbii qaz anbarlarının doluluq səviyyəsi son 14 ilin eyni dövrü üzrə ən aşağı həddə enib.
Fakt.info xarici KİV-ə istinadən xəbər verir ki, Gas Infrastructure Europe (GIE) təşkilatının məlumatına əsasən, avqustun 5-nə olan vəziyyətə görə, Avropadakı qaz anbarlarının doluluq səviyyəsi 57 faizə düşüb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici təxminən 70 faiz təşkil edirdi.

Məlumata görə, 2025–2026-cı il qış mövsümündən sonra anbarlardakı ehtiyatlar əvvəlki illərdə olduğu kimi yay aylarında sürətlə bərpa olunmayıb. Buna əsas səbəb İran müharibəsindən sonra qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarında təklifin azalması, qiymətlərin yüksəlməsi və Asiya ölkələrinin spot LNG yükləri üçün Avropadan daha yüksək qiymət təklif etməsidir.

Mütəxəssislər bildirirlər ki, bu səbəbdən Avropa İttifaqının dekabr ayının əvvəlində qaz anbarlarını 80 faiz doldurmaq hədəfinə çatmamaq riski artır.

Analitiklərin fikrincə, qarşıdakı qış sərt keçəcəyi təqdirdə, noyabr-mart aylarında təbii qazın qiymətində kəskin artım müşahidə oluna bilər.

Bundan əlavə, Wood Mackenzie araşdırma və konsaltinq şirkəti də Avropada qaz ehtiyatlarının tarixi minimum səviyyələrə enməsinin 2026–2027-ci il qış mövsümündə enerji təchizatı təhlükəsizliyi üçün ciddi risk yaratdığını açıqlayıb.
 
Dünən, 17:34
Вернуться назад