DataLife Engine / Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama

Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama

2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində təhsilhaqları ötən illə müqayisədə ixtisasdan asılı olaraq 1000-1500 manatadək azaldılıb.

Qeyd olunub ki, bu dəyişiklik dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılması və ali təhsilin daha əlçatan olması istiqamətində həyata keçirdiyi siyasətin növbəti mərhələsidir.

Bildirilib ki, dövlət hesabına təhsil alan tələbələrin təhsil xərcləri də dövlət tərəfindən qarşılanır.

"2024-cü il tarixli 120 nömrəli müvafiq qərara əsasən, ixtisasından asılı olaraq dövlət sifarişində təhsil alan hər bir tələbə üçün təhsil xərci 6000–8000 manat məbləğində müəyyən edilib”, – açıqlamada qeyd olunub.

Universitetdən bildirilib ki, 2026–2027-ci tədris ili üzrə ATU-ya ödənişli əsaslarla qəbul planının minimuma endirilməsi də ali təhsilin maliyyə baxımından daha əlçatan edilməsinə yönəlmiş siyasətin mühüm göstəricisidir.

Qeyd edək ki, 2026–2027-ci tədris ili üçün ATU-da Tibb ixtisası üzrə illik təhsil haqqı 5000 manat, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisasları üzrə isə 4500 manat müəyyənləşdirilib.

Beləliklə, ötən tədris ili ilə müqayisədə Tibb və Stomatologiya ixtisaslarında illik təhsil haqqı 1500 manat, digər qeyd olunan ixtisaslarda isə 500 manat azalıb.

/qafqazinfo.az
Dünən, 22:03
Вернуться назад