DataLife Engine / “Elm, Etika və Gələcək” düşərgəsinin açılış mərasimi baş tutub. ✅

“Elm, Etika və Gələcək” düşərgəsinin açılış mərasimi baş tutub. ✅

Yay Fest 2026-nın “Elm, Etika və Gələcək” düşərgəsinin açılış mərasimi baş tutub. ✅

Fakt.info xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrinin idarə olunması şöbəsinin müdiri Pərviz Mirələmli və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Güldanə Dadaşova düşərgənin mövzusunun gənclər və gələcək üçün əhəmiyyətindən bəhs edərək bu istiqamətdə maarifləndirmənin vacibliyini vurğulayıblar.
Rəsmi hissədən sonra tədbir musiqi və rəqs çıxışlarının yer aldığı bədii proqramla davam edib.
Tədbirin davamında düşərgə iştirakçıları üçün proqram və qaydalarla bağlı təlimatlandırma görüşü keçirilib. Görüşdən sonra isə gənclərin bir-biri ilə daha yaxından tanış olması məqsədilə müxtəlif tanışlıq oyunları təşkil olunub.











Bu gün, 09:57
Вернуться назад