DataLife Engine / Ucarda minik avtomobilləri toqquşdu: yaralananlar var

Ucarda minik avtomobilləri toqquşdu: yaralananlar var

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

Hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı minik maşını ilə "Hyundai" markalı minik maşını toqquşub.

Nəticədə 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

///apa.az///
Dünən, 18:52
Вернуться назад