DataLife Engine / Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb

Ələt-Astara magistralında yük avtomobili yanıb.
Fakt.info AZƏRTAC-a istinadən xəbər verir ki , hadisə magistral yolun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya vətəndaşı Şapi Maqammedovun idarə etdiyi yük avtomobilində yanğın baş verib. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 09:16
Вернуться назад