DataLife Engine / Əsgər yolasalma mərasimində dava salan astaralılar məhkəməlik oldular

Əsgər yolasalma mərasimində dava salan astaralılar məhkəməlik oldular

Astara rayonunun kəndlərindən birində əsgər yolasalma mərasimində həmkəndlilər arasında mübahisə cinayətlə nəticələnib.
Fakt.info cenublu.az-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Murad mərasim zamanı həmkəndlisi Mərahimlə mübahisə edib. Hər iki şəxsin sərxoş olduğu bildirilir. Mübahisə qısa müddətdə davaya çevrilib və Murad yumruqla Mərahimi vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib.
Mərahimin şikayəti əsasında Murad barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanıb. O, məhkəmədə ittihamı qəbul edib, əməlinə görə peşman olduğunu və Mərahimlə barışdığını bildirib.
Mərahim də ifadəsində Muradla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Astara Rayon Məhkəməsi tərəflərin barışmasını nəzərə alaraq Murad barəsində cinayət təqibinə xitam verib və onu cinayət məsuliyyətindən azad edib.
Adlar şərtidir.
Bu gün, 09:01
Вернуться назад