Bakının Nəsimi və Yasamal rayonlarında mobil telefon oğurluğu və cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıb.
Fakt.info xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində müştərinin mobil telefonu oğurlanıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş A. Şahbazov müəyyən edilərək saxlanılıb.
Yasamal rayonunda isə mehmanxanalardan birindən mobil telefon oğurlamaqda şübhəli bilinən S. Hüseynov, həmçinin ictimai nəqliyyatda cibgirlik etdiyi ehtimal olunan E. Məmmədov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.