DataLife Engine / Cəlilabadda avtomobil qəzası olub, sürücü ölüb

Cəlilabadda avtomobil qəzası olub, sürücü ölüb

Cəlilabadda yol qəzası baş verib.

Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən anidən onun halı pisləşib. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yolun kənarına çıxıb.

Hadisə nəticəsində Sakit Abdinov ölüb. Qəzadan öncə sürücünün qəfil ürəyinin tutduğu ehtimal olunur.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
 
///apa.az///
Bu gün, 12:56
Вернуться назад