DataLife Engine / Xırdalanda 31 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Xırdalanda 31 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Xırdalan şəhərində kişi bıçaqlanaraq öldürülüb.

Bıçaqlanma hadisəsi şəhərin Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

R.Abdullayevə xəsarət yetirməkdə onun həmyerlisi Ceyhun adlı şəxs şübhəli bilinir.

Hadisəyə bir müddət əvvəl onların arasında yaranmış mübahisənin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
///qafqazinfo///
Bu gün, 11:08
Вернуться назад