DataLife Engine / Lənkəranda maşın dərəyə aşıb, bir nəfər ölüb

Lənkəranda maşın dərəyə aşıb, bir nəfər ölüb

Lənkəranda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fakt.info APA-ya istinadən xəbər verir ki, Qəza Diryan kəndində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü İntiqam Nuriyev idarə etdiyi "Chevrolet Niva" markalı avtomobili ilə hərəkətdə olarkən Diryan kəndi ərazisində torpaq yolda idarəetməni itirib və avtomobil dərədən aşıb.

İntiqam Nuriyev aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bu gün, 17:13
Вернуться назад