DataLife Engine / Husilərin hücumları Əl-Muha limanını dağıtdı

Husilərin hücumları Əl-Muha limanını dağıtdı

Yəmən hökuməti İranın dəstəklədiyi Husilərin ötən həftə həyata keçirdiyi hücumlar nəticəsində Qırmızı dənizdə yerləşən Əl-Muha limanının infrastrukturunun ciddi zərər gördüyünü açıqlayıb.

Fakt.info-nun xarici mediaya istinadən məlumatına görə, Yəmənin Nəqliyyat naziri Muhsin əl-Öməri bildirib ki, Husilərin ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində limanda dayanan gəmilər və qayıqlar istifadəyə yararsız vəziyyətə düşüb.

Hücumlar zamanı limandakı anbarlar, inzibati binalar və yaşayış sahələri də yanıb.

Nazirin sözlərinə görə, hücumlar nəticəsində Əl-Muha limanının əməkdaşları və bəzi gəmi heyəti üzvləri də həyatını itirib.

Qeyd edək ki, Əl-Muha limanı Qırmızı dənizə çıxışı olan mühüm limanlardan biridir və Yəmən hökumətinə bağlı qüvvələrin nəzarətindədir.

Husilər avqustun 9-dan etibarən Əl-Muha limanını və rayon mərkəzini bir neçə dəfə ballistik raket və PUA-larla hədəfə alıblar.
 
Bu gün, 04:39
Вернуться назад