DataLife Engine / 43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı

43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı

İşğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində mina hadisəsi bas‌ verib.
Fakt.info xəbər verir ki, bu barədə Daxili I‌s‌lər Nazirliyinin, Bas‌ Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.

"Faktla bag‌lı Xocavənd rayon prokurorlug‌unda aras‌dırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - deyə məlumatda qeyd edilib.
Bu gün, 21:07
Вернуться назад