DataLife Engine / Astarada dənizdə itkin düşən Elmar Məmmədli ilə bağlı yeni iddia: Xarici ölkəyə getdiyi ehtimal olunur

Astarada dənizdə itkin düşən Elmar Məmmədli ilə bağlı yeni iddia: Xarici ölkəyə getdiyi ehtimal olunur

19 avqust 2026-cl ildə  Astara sahilində dənizdə itkin düşdüyü bildirilən Elmar Bəybala oğlu Məmmədlinin sağ olması və Azərbaycanı tərk edərək xarici ölkəyə getməsi barədə iddia yayılıb.
Fakt.info-ya daxil olan məlumata görə, onunla birlikdə olan şəxslərin ifadələrində bu istiqamətdə müəyyən məlumatların olduğu bildirilir. Həmçinin onun borc öhdəlikləri səbəbindən belə bir addım atdığı barədə versiya irəli sürülür.
Qeyd edək ki, bu məlumatlar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Hazırda açıq mənbələrdə FHN tərəfindən Elmar Məmmədlinin dənizdə batdığı ehtimal edilən istiqamətlərdə axtarış aparıldığı bildirilir.
Məsələ ilə bağlı rəsmi qurumların açıqlamasını gözləyirik.
Bu gün, 16:14
Вернуться назад