DataLife Engine / 68 yaşlı motosiklet sürücüsü qəzada öldü

68 yaşlı motosiklet sürücüsü qəzada öldü

Sabirabad şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, Sabirabad şəhər sakini, 1958-ci il təvəllüdlü Əliyev Əlixan Məzahir oğlu həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

/"Qafqazinfo"
Bu gün, 21:36
Вернуться назад