DataLife Engine / İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”

İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”

İranın neft naziri Möhsin Paknejad ABŞ və İsrailin hücumları zamanı zərər görən neftayırma zavodlarının böyük hissəsinin yenidən qurulduğunu açıqlayıb.

Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, Paknejad İran Neft Nazirliyinə bağlı "SHANA” platformasına açıqlamasında müharibə zamanı ölkənin xam neft ixracının dayandırılmadığını bildirib.

O, Hörmüz boğazında yerləşən əsas neft ixrac terminalı Xark adasına edilən hücumlara da toxunub. Nazir bildirib ki, təxminən 23-24 kvadratkilometr ərazisi olan ada 550-dən çox dəfə hücuma məruz qalıb. Buna baxmayaraq, bombardmanlar zamanı İran tərəfi tankerlərə neft yükləməyə davam edib.

Paknejad ABŞ və İsrailin ölkənin cənubundakı neft və qaz emalı müəssisələrinə hücumlarından sonra bərpa işlərinə başlandığını qeyd edib.

Onun sözlərinə görə, belə hücumlardan sonra ilk mərhələdə dağıntıların təmizlənməsi həyata keçirilir. Bu proses hücumlardan təxminən 2-3 gün sonra başlayıb və hazırda bərpa işlərinin böyük hissəsi tamamlanıb.

İranlı nazir yenidənqurma işlərinin nəticələrinin yaxın aylarda özünü göstərəcəyini bildirib. O, həmçinin ölkənin qaz hasilatının artırılmasının qarşıya qoyulan əsas hədəflərdən biri olduğunu vurğulayıb.
 
Bu gün, 18:44
Вернуться назад