DataLife Engine / 17 yaşlı tələbə qız faciəvi şəkildə öldü

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib.
Fakt.info "teleqraf.az”a istinadla xəbər verir ki, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib.
Yaxınları onun vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya çatdırmağa çalışsalar da, Aysu yolda vəfat edib.
Məlumata görə, Aysu Ocaqova Ağdam Dövlət Sosial-İqtisadi Kollecində poçt rabitəsi ixtisası üzrə təhsil alırmış.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 22:00
Вернуться назад