DataLife Engine / İran 10 illik qadağanı aradan qaldırdı

İran 10 illik qadağanı aradan qaldırdı

İranda dövlət qurumlarının xarici mesajlaşma tətbiqləri və digər beynəlxalq rəqəmsal platformalarda rəsmi məlumatlandırma fəaliyyəti aparmasına qoyulan qadağa ləğv edilib.

Qərar İranın Virtual Məkanın Tənzimlənməsi və İdarə Olunması üzrə Xüsusi Qərargahının iclasında, bütün üzvlərin razılığı ilə qəbul olunub.

Yeni qərara əsasən, dövlət qurumlarına xarici platformalarda rəsmi hesablar və kanallar vasitəsilə fəaliyyət göstərməyə icazə veriləcək.

İran rəsmilərinin sözlərinə görə, bu məhdudiyyət illər əvvəl tətbiq edilmiş və dövlət qurumlarının əhalinin geniş istifadə etdiyi beynəlxalq platformalarda birbaşa məlumat yaymasını məhdudlaşdırmışdı.

///Modern.az///
Bu gün, 18:02
Вернуться назад