DataLife Engine / Ucarda yük avtomobili yandı

Ucarda yük avtomobili yandı

Ucarda ağır tonnajlı yük avtomobili yanıb.

Fakt.info APA-ya istinadən xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan kabellə yüklənmiş ağır tonnajlı yük avtomobili anidən alışaraq yanıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadası cəlb olunaraq yanğın söndürülüb.

Baş vermiş hadisə zamanı müəyyən müddətə yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Müvafiq qurumlar tərəfindən artıq avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.
Dünən, 21:52
Вернуться назад