DataLife Engine / Masallının ilk özəl uşaq bağçası dövlət dəstəyi layihəsinin qalibləri sırasında

Masallının ilk özəl uşaq bağçası dövlət dəstəyi layihəsinin qalibləri sırasında

Masallının ilk özəl uşaq bağçası “Şəkər Balam” dövlət dəstəyi layihəsinin qalibləri sırasında yer alıb.

Masallıda 16 ildir fəaliyyət göstərən və rayonun ilk özəl uşaq bağçası kimi tanınan “Şəkər Balam” Uşaq Bağçası növbəti uğura imza atıb. Bağça dövlət–özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən məktəbəqədər təhsilə dəstək layihəsinin qaliblərindən biri olub.

“Şəkər Balam” uzun illərdir Masallıda məktəbəqədər təhsil sahəsində fəaliyyət göstərərək yüzlərlə uşağın ilkin təhsil və inkişaf yolunda mühüm rol oynayıb. Vaxtilə bu bağçada təhsil alan uşaqların bir çoxu bu gün artıq ali məktəb tələbəsidir. 16 illik fəaliyyət dövründə bağça yalnız gündəlik tədris fəaliyyəti ilə kifayətlənməyib, müxtəlif illərdə ölkə səviyyəsində bir sıra layihə və təşəbbüslərdə iştirak edib.

Bu illər ərzində “Şəkər Balam” Masallı sakinlərinin etimadını və sevgisini qazanan, keyfiyyətə üstünlük verən, uşaqların təhlükəsizliyi, inkişafı və düzgün təlim-tərbiyəsini əsas prinsip kimi qəbul edən bağçalardan birinə çevrilib. Bağçada fəaliyyət hər zaman uşaqların fərdi inkişafına dəstək, peşəkar müəllim heyəti, rahat və təhlükəsiz mühit, düzgün qidalanma və müasir yanaşma üzərində qurulub.

Dövlət dəstəyi layihəsinin əsas məqsədi məktəbəqədər təhsili daha əlçatan etmək, bağçaya getmək imkanı məhdud olan və məktəbəqədər təhsildən kənarda qalan daha çox uşağın təhsilə cəlb olunmasına şərait yaratmaqdır.

Layihə çərçivəsində valideynlər övladlarını “Şəkər Balam” Uşaq Bağçasına tam gün, gündə 5 dəfə qidalanma daxil olmaqla aylıq cəmi 200 AZN ödənişlə qeydiyyatdan keçirə bilərlər.

Hazırda layihə üzrə məhdud sayda yerlər qalıb və qeydiyyatın yaxın günlərdə yekunlaşması gözlənilir. Bu səbəbdən layihədən yararlanmaq istəyən valideynlərə vaxt itirmədən bağçaya müraciət etmələri tövsiyə olunur.

“Şəkər Balam” üçün əsas məqsəd dəyişməz olaraq qalır: uşaqlar üçün keyfiyyətli təhsil, sağlam inkişaf və güvənli gələcək.

? Ünvan: Masallı rayonu, Heydər Əliyev prospekti
? Əlaqə: 051 308 08 08
Bu gün, 17:24
Вернуться назад