DataLife Engine / "Viləş" bağçası uşaqların elektron qeydiyyatına başlayır

"Viləş" bağçası uşaqların elektron qeydiyyatına başlayır

"Viləş" uşaq bağçası məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.
Valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.
"Viləş" uşaq bağçası həftənin beş günü saat 08:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Burada uşaqların gündə beş dəfə qidalanması, şahmat, ingilis dili, rus dili, musiqi, rəqs, valideynin onlayn izləməsi, həkim nəzarəti kimi imkanları vardır. "Viləş" uşaq bağçası Masallı şəhəri, Rəfail Abbasov (İskəndərli) küçəsində yerləşir. Əlaqə telefonları: 050(055)546 62 22 
Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.
Elektron qeydiyyat prosesinin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə məlumatlandırıcı aşağıdakı şəkildə diqqətinizə çatdırırıq.

Bu gün, 19:15
Вернуться назад